Sabiq deputat Nazim Bəydəmirli barəsində seçilən həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Lent.az xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, N. Bəydəmirlinin həbs müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində hədə-qorxu təkrarən tələb etmə (182.2.2-ci) maddəsi ilə yenidən ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.