Şairə Nazilə Səfərlinin Kəlbəcər rayonuna qanunsuz səfər etməsi ilə bağlı inzibati həbs edilməsi barədə xəbərlər yayılıb.
Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən açıqlamada həmin iddiaların əsassız olduğu bildirilib: “Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.