Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 6 nəfərdən ikisi bu gün dünyasını dəyişib.
Reanimasiyada olan 31 yaşlı Cəlil Musa oğlu Əliyev və 5 yaşlı Xanlar Torğul oğlu Sultanov da vəfat edib.
Qeyd edək ki, faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.