Naxçıvanda 41 yaşlı kişi intihar edib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Babək rayonu Uzunoba kəndində qeydə alınıb. Kənd sakini Abdullayev Anar Eldar oğlu özünü asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, A.Abdullayev Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayevin qardaşıdır.