Naxçıvanda külli miqdarda qaçaqmal siqaret ələ keçirildi - FOTO
15 fevral 2023 16:20 (UTC +04:00)

Naxçıvanda külli miqdarda qaçaqmal siqaret ələ keçirildi - FOTO

0

Aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370760 ədəd siqaretlər və 41 ədəd spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2749

Oxşar yazılar