Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kadr dəyişiklikləri olub.
Lent.az-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Muxtar Respublika Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq, prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Bundan başqa, Kamran Əliyevin müvafiq əmri ilə NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi Ramal İbrahimovun üzərindən götürülərək o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.
Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.
Məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.