Naxçıvanda avtomobil aşıb, ər və arvad xəsarət alıb
07 mart 2023 10:06 (UTC +04:00)

Naxçıvanda avtomobil aşıb, ər və arvad xəsarət alıb

0

Naxçıvan şəhərində avtomobil qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin 1-ci mikrorayon ərazisində şəhər sakini 1972-ci il təvəllüdlü Tağı İsmayılovun idarə etdiyi avtomobil aşıb.

Hadisə nəticəsində sürücü və həyat yoldaşı Rəsmiyyə İsmayılova ciddi xəsarət alıblar.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1884

Oxşar yazılar