Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 62 yaşlı işçisi işdə vəfat edib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün idarədə qeydə alınıb.
Naxçıvan şəhər Qaraçuq kənd sakini, 62 yaşlı Seyidov Mirismayil Miryusif oğlu işdə qəfildən ölüb. Onun ölümünə səbəb ürəktutması olub.
İlkin məlumata görə, M.Seyidov uzun zamandır ürək xəstəsidir.