Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar. M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub.
Saxlanılan şəxslərdən biri Məhəmməd Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.
Faktlarla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.