ABŞ-də Pensilvaniya ştatının polisi gecə saatlarında başqasının evinə 4 dəfə soxulmuş naməlum kişini axtarır.
Lent.az bu barədə People-a istinadən xəbər verir.
Oğru ilk dəfə sentyabr ayında evə kilidi sınmış mətbəx qapısından daxil olub. Daha iki dəfə kişi qapılar təsadüfən açıldığı üçün ailənin evinə daxil olub. Dekabrın sonunda cinayətkar pəncərədən evə girib.