"Müştəri" taksi sürücüsünün pullarını götürüb qaçdı -  VİDEO
01 dekabr 2021 14:42 (UTC +04:00)

"Müştəri" taksi sürücüsünün pullarını götürüb qaçdı - VİDEO

Abşeron rayonu Qobu qəsəbəsində taksi sürücüsünə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri onun 360 manatını götürərək hadisə yerindən uzaqlaşıb. Qobu Polis Bölməsinin əmədaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini İxtiyar Salahlı saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Saxlanılan şəxs narkotik vasitələr maddələr aludəçisidir və o, bu maddələri əldə etmək üçün qeyd edilən hadisəni törətdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. İxtiyar Salahlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin  "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına  məlumat verə bilərlər.

Taksi sürücüsünə qarşı soyğunçuluq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar