Mülki şəxs Füzulidə minaya düşdü
01 yanvar 2021 15:00 (UTC +04:00)

Mülki şəxs Füzulidə minaya düşdü

1 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

Lent.az-ın məlumatına görə, bu, Baş Prokurorluq,  Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaydığı birgə məlumatda bildirilir. 

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır: "Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir.  Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir".

# 2232
avatar

Oxşar yazılar

Sabirabadda ikimərtəbəli çay evində  yanğın oldu

Sabirabadda ikimərtəbəli çay evində yanğın oldu

2 iyun 2024 , 09:47
Masallıda iki “Mercedes” toqquşdu , yaralı var

Masallıda iki “Mercedes” toqquşdu, yaralı var

2 iyun 2024 , 09:41
Gədəbəyin kəndlərinə  1 sm böyüklüyündə   dolu düşdü

Gədəbəyin kəndlərinə 1 sm böyüklüyündə dolu düşdü

1 iyun 2024 , 22:09
Qaxa dolu düşdü

Qaxa dolu düşdü

1 iyun 2024 , 20:56
Azərbaycanda FACİƏ:  bəy toy mağarında  özünü asdı

Azərbaycanda FACİƏ: bəy toy mağarında özünü asdı

1 iyun 2024 , 19:28
İsmayıllıda yol qəzası: ölən var

İsmayıllıda yol qəzası: ölən var

1 iyun 2024 , 19:13
Bakıda bank kartlarından oğurluq edən tutuldu

Bakıda bank kartlarından oğurluq edən tutuldu

1 iyun 2024 , 18:51
Qəbələdə 30 yaşlı oğlan 18 gündür  itkin düşüb

Qəbələdə 30 yaşlı oğlan 18 gündür itkin düşüb

1 iyun 2024 , 18:49