Müharibəyə getmək istəyən məhkum həbsdə öldü
09 fevral 2022 12:25 (UTC +04:00)

Müharibəyə getmək istəyən məhkum həbsdə öldü

Bakıda daha  bir məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxt ərazisindəki həbsxanalardan birində qeydə alınıb. Məhkum Hüseynov Zakir Əhməd oğlu qəfildən ölüb.

İlkin məlumata görə, o, xəstəlikdən vəfat edib.

Məhkumun ölümünün dəqiq səbəbləri tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan həbsxanalarında cəza çəkən 46 məhbus cəbhədə döyüşmək üçün müraciət ünvanlamışdı.

Onların arasında Zakir Hüseynovun da adı var idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2931
avatar

Mehman Nəbiyev

Oxşar yazılar