Müğənni İradə İbrahimovanın bacısı, stilist-vizajist Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın etməkdə təqsirləndirilən Kənan Tağıyevə hökm oxunub.
Lent.az-ın məlumatına görə, bununla bağlı hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar çıxarılıb. Qərara əsasən, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib..
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.
Qeyd edək ki, Kənan Tağıyev cinsi azlıq nümayəndəsidir.