Müəllim dəm qazından boğulub öldü
27 fevral 2023 20:28 (UTC +04:00)

Müəllim dəm qazından boğulub öldü

Mingəçevirdə 43 yaşlı qadının meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu gün saat 18 radələrində Mingəçevir şəhər sakini,1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.
Onun dəm qazından zəhərləndiyi ehtimal edilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Günel İsayeva 12 saylı məktəbdə müəllim işləyirmiş.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Oxşar yazılar