Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını pozan motosikleti saxlayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhər sakini S.Səmədlinin sərnişini olan qardaşı X.Səmədliyə məxsus çantaya baxış keçirilib. Bu zaman oradan 258 qramdan artıq heroin və 499 qrama yaxın tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.