"Moskviç" velosipedçini vurdu
06 noyabr 2021 14:36 (UTC +04:00)

"Moskviç" velosipedçini vurdu

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Şamaxı şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Rayon sakini Abdullayev Əliağa Böyükağa oğlu 56-BG-645 dövlət nömrə nişanlı "Moskviç" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən velosipedçini, 1987-ci il təvəllüdlü İsgəndərov Zakir Qüdrət oğlunu vurub.

Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Oxşar yazılar