Minik avtomobili “Ford”la toqquşdu -FOTO
17 yanvar 2022 00:07 (UTC +04:00)

Minik avtomobili “Ford”la toqquşdu -FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21012 "ilə “Ford Tranzit” kiçik tutumlu yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin etimala görə qəzaya səbəb avtomobillərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Faktla bağlı araşdırma aparılır. 
 

# 990
avatar

Oxşar yazılar