Mingəçevir su anbarında balıq torları məhv edildi
01 may 2026 14:31 (UTC +04:00)

Mingəçevir su anbarında balıq torları məhv edildi

0

Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisinə düşən hissəsində ekoloji hüquqpozmalara qarşı növbəti tədbir keçirilib.

Lent.az xəbər verir ki, tədbir Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi”nin nümayəndələrinin iştirakı ilə birgə təşkil olunub.

Keçirilən nəzarət və profilaktik tədbirlər zamanı su hövzəsində qanunsuz balıq ovu məqsədilə quraşdırılmış sintetik torlar aşkar edilib. Həmin torlar müvafiq qaydada götürülərək zərərsizləşdirilib. 

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu cür qanunsuz balıqovlama vasitələri balıq ehtiyatlarına ciddi ziyan vurur və ekoloji tarazlığın pozulmasına səbəb olur. Su polisi tərəfindən su hövzələrində bioloji resursların qorunması və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar