Milyonçunu ögey  oğlu öldürdü
18 dekabr 2021 18:32 (UTC +04:00)

Milyonçunu ögey oğlu öldürdü

Britaniya məhkəməsi multimilyonçu və “Sheraton Grand” və “Athenaeum” otellərinin sahibi Riçard Sattonun ölümündə ögey oğlu Tomas Şrayber təqsirli bilinib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qətlin qəsdən törədilmədiyi bildirilir. 

“Vinçester Kral Məhkəməsində keçirilən dinləmə zamanı Şreyberin 2021-ci il aprelin 7-də 83 yaşlı baronetin qətlində və öz anası Enn Şreyberi öldürməyə cəhddə təqsirli bilinib”, - məhkəmənin açıqlamasında deyilir.

Gənc oğlan ögey atasının qətlinə anasının Sattonla əlaqəsindən narazı qalması, idarəetməni itirməsi və onlara bıçaqla hücumu dayandıra bilməməsinin səbəb olduğunu vurğulayıb.

Aprelin 8-də məlum olub ki, naməlum şəxs 83 yaşlı britaniyalı milyonçu Riçard Sattona hücum edərək onu bıçaqlayaraq öldürüb.

Hücumun aprelin 7-də axşam saatlarında Sattonun Dorset qraflığında yerləşən evində baş verdiyi dəqiqləşib. Hadisə zamanı 60 yaşlı qadının da milyonçu kimi yaralandığı məlum olub. O, hadisə yerindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2739
avatar

Oxşar yazılar