Rusiyalı milyarder İqor Kudryakov Moskvada ölü tapılıb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, Kudrinskaya meydanındakı mənzildə 63 yaşlı iş adamının meyiti tapılıb. İlkin məlumatlara görə, ölümün səbəbi onkoloji xəstəlik olub, heç bir xarici zorakılıq izləri aşkar edilməyib.
Kudryakov “Servis 77” qida və digər malların çatdırılması xidmətinin yaradıcısı olub, 2000-ci illərin əvvəllərində şirkətin direktorlar şurasına rəhbərlik edib. 2006-cı ildə sahibkar Moskva vilayətinin Dövlət Mənzil Müfəttişliyi Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsini tutub.