“Nizam-28 May” tunel yolu mənzilində tüstülənmə olub.
Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal yüksək gərginlik çıxarılıb. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb.
Görülən tədbirlər nəticəsində qatarların hərəkəti və stansiyanın fəaliyyəti bərpa olunub.