Cavid Sumqayıtlı
18 oktyabr 2021 16:36 (UTC +04:00)

Cavid Sumqayıtlı

Məşhur meyxanaçı narkotiklə tutuldu - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi meyxanaçı Cavid Sumqayıtlının saxlanılmasına münasibət bildirib.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün bu il mayın 15-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

***

Saat: 15:47

Məşhur meyxanaçı Cavid Sumqayıtlı həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 3 həftə əvvəl Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən külli miqdarda heroin və metamfetamin (patı) aşkarlanıb. Meyxanaçı barədə toplanan materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

# 11493
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11