Maşın ağaca çırpıldı, SÜRÜCÜ ÖLDÜ
15 iyul 2024 13:24 (UTC +04:00)

Maşın ağaca çırpıldı, SÜRÜCÜ ÖLDÜ

Ağsuda maşını ağaca çırpılan sürücü ölüb.

Lent.az xəbər verir ki, hadisə Muradlı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Abbasov Vüqar Sultan oğlu özünə məxsus "Mercedes Benz Vito" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili ağaca çırpıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284
avatar

Fidan İlqar

Oxşar yazılar