Abşeronda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Masazır qəsəbəsindəki evlərin birindən pul və 3 ədəd mobil telefon oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.