Masazırda gənc oğlan bıçaqlandı
19 may 2023 02:24 (UTC +04:00)

Masazırda gənc oğlan bıçaqlandı

Masazır qəsəbəsində dava zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətində baş verib.

Belə ki, 2006-ci il təvəllüdlü Mirzəyev Polad Fuad oğlu şəxsi münasibətlər zəmnində tanışı ilə dava edib. Dava zamanı ona bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar