Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Lent.az-a FHN-dən xəbər verilib.
***
17:18
Masallıda bazarda yanğın məhdudlaşdırılıb.
Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
saat 17:00
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcək.
***
saat 15:56
Masallı şəhərində bazarda yanğın başlayıb.
Lent.az xəbər verir ki, yanğın köhnə bazar adlanan ərazidə qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbir görülür.