​​​​​​​Masallıda baş verən qəzada PİYADA ÖLDÜ  - FOTO
12 oktyabr 2024 03:02 (UTC +04:00)

​​​​​​​Masallıda baş verən qəzada PİYADA ÖLDÜ - FOTO

Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az  APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı minik avtomobili yolu keçmək istəyən piyada Masallı rayonunun Sərçuvar kənd sakini 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.

Sürücü, ağır xəsarət alan piadanı avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.

Buna baxmayaraq piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar