Masallı sakini qəsdən yanğın törədib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 5-də şəhərin H.Əliyev prospekti ərazisində kol-kos sahəsində yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər keçirilib.
Xidmət tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Anar Cəbiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.