Ukraynada saxlanılaraq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərərçəkənlər arasında tanınmış müğənni Afət Fərmanqızı da var.
Lent.az-ın məlumatına görə, M.Mahmudov Afət Fərmanqızına qarşı da dələduzluq edib. Afət Fərmanqızı saytımıza bildirdi ki, hazırda bu barədə danışmaq doğru olmaz: "Məhkəmə gedir".
Qeyd edək ki, bununla bağlı bir neçə ay öncə müğənni özü mediaya açıqlamasında bildirib. A.Fərmanqızı, M.Mahmudovun onu təhqir və təhdid etdiyini, həmçinin pul istədiyini dilə gətirib. Müğənni isə M. Mahmudovun bu tələbini yerinə yetirməyib və onun barəsində aidiyyatı orqanlara şikayət edib.