Bakıda manata hörmətsizlik edən gənc polis şöbəsinə çağırılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlrəinə görə, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb:
"O, bu əməlindən peşiman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzxahlıq edib".
Qeyd edək ki, dekabrın 9-da sosial şəbəkələrdə gənc oğlanın marketdə ödəmə terminalına pul yükləyərkən əlindəki əskinasların üzərinə tüpürdüyü görüntülər yayılıb.