Mahir Şükürovun qardaşı həbs edildi - ÖZƏL
14 dekabr 2021 13:15 (UTC +04:00)

Mahir Şükürovun qardaşı həbs edildi - ÖZƏL

Məşhur futbolçu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.

Bu barədə zərərçəkmiş özü Lent.az-a məlumat verib.

O bildirib ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb.

Zərərçəkmiş həmçinin Ü. Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib.

Lent.az daxil olan şikayət əsasında araşdırma aparıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub.

Onun hazırda həbsxanalardan birində cəza çəkdiyi bildirilir.

Futbolçu Mahir Şükürov və ögey qardaşı Ümüd Şükürov

Ümüd Şükürov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6393
avatar

Mehman Nəbiyev

Oxşar yazılar