Mağazadan 10 min manatlıq siqaret oğurlayan 3 yeniyetmə  saxlanılıb
31 dekabr 2023 10:14 (UTC +04:00)

Mağazadan 10 min manatlıq siqaret oğurlayan 3 yeniyetmə saxlanılıb

0

Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3704

Oxşar yazılar