"Lotu Quli"nin adamından qazaxlara  ÇAĞIRIŞ:   "Təxribata uymayın..."
06 yanvar 2022 14:01 (UTC +04:00)

"Lotu Quli"nin adamından qazaxlara ÇAĞIRIŞ: "Təxribata uymayın..."

2

Məşhur kriminal avtoritet “Vəhşi Arman” ləqəbli Armen Cumagəldiyev Türkiyədən Qazaxıstana qayıdıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, “Instagram” səhifəsində qazax xalqına müraciət edərək, quldurluq və baş verən özbaşınalıqları dayandırmağı, təxribatçılara uymamağı xahiş edib.

Avtoritet etirazçıları dinc mitinqlərə çağırıb. Onun sözlərinə görə, baş verən hadisələr zamanı insanlar ölür, evlər, mağazalar və banklar yağmalanır.  

“Bu məgər mitinqdir? Bu xaosdur, anarxiyadır”, - deyə o bildirib.

Xatırladaq ki, “Vəhşi Arman” “Lotu Quli”nin ən yaxın adamlarından biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 7850

Oxşar yazılar