Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 56 yaşlkı Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.
Ə.Orucov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.