Baş Prokurorluq tərəfinfən “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatlar təqdim olunub.
Lent.az xəbər verir ki, mükafatlar bu gün Baş Prokurorluqda keçirilən tədbirdə təqdim edilib.
“Prokurorluğun dostu” mükafatı təqdim olunmuş "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, "APA Media Group"a daxil olan “Lent.az” xəbər saytının baş redaktoru Hafiz Heydərov çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.