Azərbaycanda tanınmış memar dünyasını dəyişib.
Lent.az xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova dünən 69 yaşında vəfat edib.
Mərhum, Lənkəran rayon İcra Hakimiyyətində mühüm vəzifələr tutub. O, həmçinin Lənkəran şəhərindəki məşhur "Samovar" abidəsinin müəllifidir.