Lənkəranda avtomobil su kanalına aşdı, sürücü öldü-FOTO
04 yanvar 2021 00:21 (UTC +04:00)

Lənkəranda avtomobil su kanalına aşdı, sürücü öldü-FOTO

0

Lənkəranda baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

90-HE-547 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı daş hasara, sonra ağaca çırpılaraq su kanalına aşıb. Nəticədə sürücü - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Məcidəli oğlu Kərimov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1992-ci il təvəllüdlü Elşən Tofiq oğlu Bəndizadə isə ağır bədən xəsarətləri alıb və yaxınlıqdakı insanların köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sürücü Y.Kərimovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2264

Oxşar yazılar