Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Lent.az-ın APA-yaistinadla verdiyi xəbərə görə, Lənkəranın Zövlə kənd sakini 60 yaşlı Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində yaralanaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.
Faktla bağlı araşdırma gedir.