Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.
Lent.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.
Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:
Həşimova Sərvər Əhməd qızı;
Axundova Saray İslam qızı;
Ağayeva Təcrübə Ağababa qızı;
Cəfərova Güldəstə Məmmədağa qızı;
Rzayeva Səmayə Ağababa qızı;
Rəhimova Nazxanım İsabala qızı;
Tahirova Zərnitac İslam qızı.
Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.
Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.
***
Saat 20:00
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən Lent.az-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.
Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
***
18:31
APA-nın cənub bürosu xəbər verir ki, Lerikdəki qəza zaman ölənlərin 7-sinin adı məlum olub:
Xəlilova Dilarə Rəhim qızı
Həşimova Sərvər Əhməd qızı
Axundova Saray
Ağayeva Təcrübə
Cəfərova Güldəstə
Rzayeva Səmayə Ağababa qızı
Tahirova Zərnitac islam qızı
***
18:04
Qəzada yaralanan daha iki nəfərin adı bəlli olub:
Səyyadova Zəhra Rəhim qızı
Axundova Lətifə Zaman qızı
***
17:58
Xəbərə yeni fotolar və video əlavə edilb.
***
17:32
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Lent.az-a TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
***
17:13
Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.
APA-nın cənub bürosu xəbər verir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Bu barədə APA-ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.
Yaralıların bəzilərinin adı açıqlanıb:
Seyyadova Səyyad Hacıbala oğlu - sürücü
Nərimova Nazilə Ağaəli qızı
Fərəcovaa şərafət Ənvər
İbrahimova Əsmət Ağababa qızı
Qurbanova Güllər Məmmədağa
***
***
16:58
Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər, qayıdarkən Lerik rayonunun Günəşli kəndində qəzaya düşüblər.
Lent.az APA-ya istinadən xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Lerik rayon icra hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov APA –ya xəbəri təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparılır.
***
16:43
Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan 50 nəfərlik turist avtobusudur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.
Hazırda bütün yaralı və ölənlər Lənkəran rayon mərkəzi xəstəxanasına aparılır.
Əlavə məlumat veriləcək.