Lənkəranda rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan məmurlardan birinin adı məlıum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri rayonun baş memarı Elgün Əzizullah oğlu Abdullayevdir.
***
saat 15:54
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Lent.az xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.