Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Lent.az APA-ya istinadla xəbər verir ki, aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Havanın qarlı və şaxtalı olmasına baxmayaraq aksiyanın 35 ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.