Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub. Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.