Kürdəmirdə kişi odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 26-da Kürdəmir rayonunun Sorsor kəndində bir nəfərin odlu silahdan açılmış atəşdən ayağından xəsarət alması barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Şamaxı rayon sakini V.İsmayılovun ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayağından xəsarət alması müəyyən edilib. Polis əməkdaşları V.İsmayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngini götürüblər.