Kürdəmirdə FACİƏ:  qardaşının evində yanıb öldü  - YENİLƏNİB
29 aprel 2026 12:03 (UTC +04:00)

Kürdəmirdə FACİƏ: qardaşının evində yanıb öldü - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyi Kürdəmirdə baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 168 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları 144 kv.m sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 45 yaşlı Fikrət Mütəllim oğlu Eminovun meyiti aşkar edilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".

***
11:46

Kürdəmirdə evdə yanğın olub. 

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Yenikənd kəndində baş verib.

Kənd sakini, 45 yaşlı Toğrul Eminova məxsus fərdi yaşayış evi yanıb. Nəticədə ev sahibinin qardaşı, həmin kənd sakini Fikrət Eminov yanaraq ölüb.

Fakt araşdırılır.

 

Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar