Kür çayı Sabirabadda körpünü sıradan çıxartdı
29 aprel 2026 14:34 (UTC +04:00)

Kür çayı Sabirabadda körpünü sıradan çıxartdı

0

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.

Lent.az APA-ya istinadlad bildirir ki, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır.

Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.

Kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar