Külli miqdarda rüşvət alan polis rəisi və müstəntiq  saxlanıldı
29 noyabr 2023 13:35 (UTC +04:00)

Külli miqdarda rüşvət alan polis rəisi və müstəntiq saxlanıldı

Sankt-Peterburqda Rusiya Federasiyası İstintaq Komitəsinin əməkdaşları Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin müstəntiqlərini rüşvətxorluqda şübhəli bilərək saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hazırda qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir. Təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə istintaq bölməsinin 5-ci şöbəsinin rəisi və iqtisadi cinayətlərə dair xüsusilə mühüm işlər üzrə istintaq idarəsinin müstəntiqi olublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, noyabr ayında müttəhimlər yerli sakindən səkkiz milyon rubl (təxminən 152 min 800 manat) rüşvət tələb ediblər. Həmin vaxt qadın xüsusilə külli miqdarda mənimsəmə işi üzrə şahid olub. O, cinayət məsuliyyəti ilə hədələndiyindən imtina edə bilməyib.

Şübhəlilər rüşvəti almaq üçün vasitəçi kimi fəaliyyət göstərən tanışlarını işə cəlb ediblər. Nəticədə onlara saxta pul verilib və saxlanılıb. Daha sonra hüquq-mühafizə orqanları şübhəliləri tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4677
avatar

Oxşar yazılar