Külli miqdarda narkotik və həbin  İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı
01 may 2026 14:27 (UTC +04:00)

Külli miqdarda narkotik və həbin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

0

Külli miqdarda narkotik vasitə və həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19 950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar