Türkiyədə küçədə başı parçalanan kişi meyiti tapılıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Ankara şəhərinin Yeniməhəllə qəsəbəsində baş verib. Sakinlər binanın qarşısında kişi meyiti tapıblar. Meyitə yaxınlaşarkən isə onun kəllə sümüyünün parçalandığı görünüb.
Onun 18-ci mərtəbədən özünü ataraq intihar etdiyi ehtimal olunur. Meyit müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.