Netanyada mayın 21-i axşam pilotsuz təyyarə partlayıb. Partlayış tanınmış cinayətkarın yaşadığı küçədə baş verib. Heç kim xəsarət almasa da, mənzillərdən birinə ziyan dəyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kriminal avtoritetə keçmişdə də sui-qəd cəhdi edilib.
Polis araşdırmaya başlayıb. Öldürmək üçün istifadə olunan pilotsuz təyyarəyə partlayıcı qurğunun qoşulduğu güman edilir.
Ərazinin sakinləri partlayışın çox güclü olduğunu iddia edirlər.
Bu, İsrail kriminal aləmində sui-qəsd üçün pilotsuz təyyarədən istifadə edilən ilk hadisə deyil. 2022-ci ilin iyununda ölkənin şimalında cinayətkarlar drondan istifadə edərək qurbanın izinə düşüb və onu güllələyiblər.